Sosial
Ermənilərin növbəti YALANI - FOTO
Ermənistan fəal şəkildə növbəti dezinformasiyanı yayır. Bu dəfə düşmən iddia edir ki, guya Azərbaycan mülki şəxslərə atəş açır.
Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb – VİDEO
Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.
Gəncə əhalisi dağıntılarda həyatını itirənlərin xatirəsini yad edir - FOTO
Düşmənin raket atəşinə tutduğu Gəncədə dağılan binanın qarşısına qərənfillər düzülüb.
Qan banklarının siyahısı barədə QƏRAR
“Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi Qaydası”nın və “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.
Qanunsuz ov edənlərin silahları müsadirə edildi
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Göyçay rayon sakinləri V.Dadaşov və V.Nəsirov qanunsuz ov etdikləri üçün saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən xəbərə görə, baxış zamanı onlardan “İJ-58” və “TOZ-63” markalı ov tüfəngləri götürülüb. Araşdırmalar davam etdirilir.
Polşa mətbuatında Kanadada yaşayan azərbaycanlı ekspertin müsahibəsi Dərc Olunub
Son günlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması ilə bağlı Polşa mətbuatında Kanadada yaşayan azərbaycanlı, beynəlxalq münasibətlər, kommunikasiya və dövlət idarəçiliyi üzrə ekspert Anar Cahangirli ilə müsahibə dərc olunub.
Sumqayıt KOB İnkişaf Mərkəzində əlil sahibkarlar üçün təlim Keçirilib
Cəmiyyətin həssas kateqoriyasından olanların, o cümlədən əlilliyi olan şəxslərin öz bizneslərini qurması və inkişaf etdirməsi üçün dəstək tədbirləri genişləndirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzinin növbəti təlimləri bu kateqoriyadan olan sahibkarlar üçün təşkil olunub.
Amerika ictimaiyyəti erməni təxribatları barədə məlumatlandırılır
Amerikanın Corc Vaşinqton Universitetinin dissertantı Çilənay Səfərli Dağlıq Qarabağ münaqişəsi barədə Amerika ictimaiyyətinin məlumatlandırılması, erməni mediasının yaydığı yalan məlumatların qarşısının alınması üçün görülən tədbirlər, münaqişənin korportiv şərtlər daxilində izahı və digər aktual mövzular barədə socialsinsider.com portalına ətraflı müsahibə verib.
Ölkədə qrip əleyhinə vaksinasiyaya Start Verildi
Səhiyyə naziri Oqtay Şirəliyevin “2020-2021-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə”əmrinə əsasən, bu gündən respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri başlayır.
Nürnberqdə yaşayan azərbaycanlılar Gəncə şəhərindəki amansız terror aktına etiraz aksiyası keçirib
Almaniyanın Nürnberq şəhərində yaşayan azərbaycanlı icması Ermənistanın təcavüzkar siyasətinə və Gəncə şəhərindəki amansız terror aktına etiraz, müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə yürüş-mitinq keçirib.
Gəncədə son vəziyyət necədir? - Rəsmi açıqlama
Ötən gecədən etibarən Gəncə şəhərində vəziyyət stabilləşib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən 9 ayda 3 468 müraciətə baxıb
Bu ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və təbii qaz təchizatı və digər məsələlərlə bağlı 3 468 müraciət daxil olub.
Paşinyan Gürcüstan ərazisinə iddia etdi - FOTO
Ermənistan Baş naziri Nikol Paşinyanın Feysbuk paylaşımı kəskin etirazlara səbəb olub.
Bill Qeyts normal həyat tərzinə dönəcəyimiz VAXTI AÇIQLADI
"Microsoft" korporasiyasının banisi Bill Qeyts koronavirus pandemiyasından sonra normal həyat tərzinə dönmənin şərtlərini açıqlayıb.
Koronavirus infeksiyasının smartfonun və əsginasın üzərində qalma müddəti Açıqlandı
Alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, koronavirus infeksiyası əsginas, metal tutacaq və smartfonların səthində bir aya qədər qala bilir.













