İşçinin hüquqları, işəgötürənin isə vəzifələri artırılır

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və  Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi parlament müzakirəsinə çıxarılıb. "Olaylar"ın məlumatına görə, Qanun layihəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada icbari tibbi sığorta, işsizlikdən sığorta qaydalarından da istifadə etmək hüququ olacaq. Eyni zamanda, əmək münasibətləri sahəsində işəgötürənin də işçilərin tibbi sığortası üzrə sığorta haqlarının "Tibbi sığorta haqqında" qanuna uyğun olaraq vaxtında və tam həcmdə ödənilməsini təmin etməlidir. Həmçinin təklif edilən dəyişikliyə əsasən, əmək müqaviləsinin məzmunu da dəyişəcək. Belə ki, əmək müqaviləsində həmçinin məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması ilə bağlı məlumatlar da göstərilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31