Rusiyada ikinci koronavirus vaksininin istehsalı başlayıb
27 Oktyabr 2020 14:41 DünyaRusiyada koronavirusa qarşı ikinci vaksinin istehsalı başlayıb.
Olaylar.az-ın məlumatına görə, bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Nəzarət Xidmətinin rəhbəri Anna Popova deyib.
O bildirib ki, "Vektor" mərkəzinin hazırladığı "EpiVakKorona" preparatının ilin sonunadək müəyyən həcmdə istehsalı gözlənilir.
Qeyd edək ki, "EpiVakKorona" preparatının sınaqları sentyabrın 30-da başa çatıb. Vaksin oktyabrın 14-də qeydiyyata alınıb.
Avqust ayında Rusiyada "Sputnik V" vaksini qeydiyyata alınmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31