“Onun böyük ürəyi”: 10 yaşlı məktəbli xərcliyini ordumuza bağışladı - VİDEO
27 Oktyabr 2020 15:21 SosialOrdumuz bu gün dövlət tərəfindən ən yüksək səviyyədə təmin olunur. Buna baxmayaraq, sadə vətəndaşlar cəbhədə vuruşan əsgərlərimizə müxtəlif sovqatlar göndərirlər. Onların arasında azyaşlılar da var.
Olaylar.az xəbər verir ki, Gəncədə orta məktəbləridən birində təhsil alan dördüncü sinif şagirdi Əli Mustafazadə yığdığı 30 manatı əsgərlərimizə göndərmək üçün məktəbə gətirib.
Müəllimləri 10 yaşlı Əliyə buna ehtiyac olmadığını desələr də, sonda balaca vətənpərvərin istəyini yerinə yetirməli olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31