Sosial

Evini tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıb

30 Noyabr 2020 16:16

Yaşayış yerinin qanunsuz tərk edən aktiv COVİD-19 virusunun daşıyıcıları barədə cinayət işi başlanılıb. Daxili İşlər Naizrliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb

COVİD-19 hava-damcı yolu ilə bir insandan digərinə ötürülür- Pərvanə Vəliyeva

30 Noyabr 2020 15:41

"Ölkəmizdə COVİD-19 son günlərdə sürətlə yayılır. Gündəlik yoluxma həddi 4000 nəfəri ötüb keçib. Bu vəziyyət nəinki Azərbaycanda belədir, Avropa, ABŞ-da və qardaş Türkiyədə də yoluxma sayı gündən-günə artır. Bu cür sürətli yayılmanı həm xarici mühit amilləri, həm də mövsumi dəyişikliklərlə əlaqələndirmək olar. Havanın soyuqlaşması, buna görə də digər respirator xəstəliklərin də yayılmağa başlaması, günəşli günlərin azalması və mart ayından etibarən başlanan karantin rejimlərinə görə insanlarda kəskin D vitamini çatışmazlığı xəstəliyin artmasına təkan verən amillərdir."

Tələbələrin nəzərinə - Tələbələrin müraciətlərinin qəbulu davam edir

30 Noyabr 2020 14:02

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 1-dək davam etdirir. Olaylar.az bildirir ki, cari tədris (2020/2021-ci) ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələrdən, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrdən xahiş olunur ki, qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərin edilməsini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər.