Bir sıra iaşə obyektlərində sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar edilib

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir. Nazirlikdən "Olaylar"a bilduirilib ki, keçirilən monitorinqlər zamanı Nərimanov rayonunda "Bazarstore-M (Montin)" mağazasında, Əfəndi Yusifova məxsus "Kafel mağazası"nda, Suraxanı rayonunda "Tatlı şirniyyat evi"ndə, Yasamal rayonunda "Safsu market"də, Sabunçu rayonunda "Araz market"də, Səbail rayonunda "Kalamus" MMC-yə məxsus "Kitab mağazası"nda, Əjdər Əliyevə məxsus ayaqqabı mağazasında, Qaradağ rayonunda Maqsud Maxsudluya məxsus "Qarışıq mallar" pərakəndə ticarət obyektində, Sadəddin Mahmudova məxsus mebel sexində, Nəsimi rayonunda Seymur Həmidova məxsus "Xarici dil kursu"nda, Nizami rayonunda "Eqo kişi geyimləri" mağazasında, Nəsimi rayonunda Sarvan Nəcəfova məxsus "Xarici dil kursu"nda, Xətai rayonunda "Göyçə market"də, ümumilikdə monitorinq aparılmış 390 obyektin 14-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31