Laçın rayonunun lövhəsi hazırlanıb, sakinlərin siyahıya alınmasına başlanılıb

Laçın rayon İcra Hakimiyyəti əhalinin siyahıya alınmasına başlayıb.

Bu barədə  icra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, icra hakimiyyəti hazırda Laçın rayon sakinlərinin hansı ərazidə və hansı şəraitdə məskunlaşdığını araşdırır:

"Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Müəyyənləşdiririk ki, hazırda hər kənddə neçə ailə var və harada yaşayır".

İcra Hakimiyyətindən qeyd ediblər ki, artıq Laçın şəhərinin girişi üçün xüsusi lövhə də hazırlanıb: "Yaxın günlərdə lövhə Laçın şəhərinin girişində, Laçın dəhlizində yerləşdiriləcək".

Laçın rayonunun lövhəsi hazırlanıb, sakinlərin siyahıya alınmasına başlanılıb - Gallery Image

 
 

Laçın rayonunun lövhəsi hazırlanıb, sakinlərin siyahıya alınmasına başlanılıb - Gallery Thumbnail

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31