Taleh Zaman oğlu Əliyevi siz də tanıyın!

İRADƏ  SARIYEVA

Vətən Müharibəsində vətənə sədaqətini öz qüsursuz döyüş yolu ilə təsdiqləyən, qəhrəmanlığı, fədakarlığı ilə sınaqdan çıxan, Vətənə olan borcunu layiqincə yerinə yetirən Vətən oğullarından, tanımadığımız, lakin xalqımızın tanımalı olduğu qəhrəmanlarımızdan biri də peşəkar zabit, N saylı hərbi hissənin artilleriya rəisi, polkovnik leytenant, Vətən Müharibəsi qazisini, qəhrəmanını-Taleh Zaman bir oğlu Əliyevi siz də tanıyın!

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin bacısı oğlu peşəkar zabit, N saylı hərbi hissənin artilleriya rəisi, polkovnik leytenant Əliyev Taleh Zaman oglu Vətən müharibəsində erməni snayperinin gülləsindən başından ciddi xəsarət alıb və hazırda T.Əliyev müalicəsini davam etdirir. T.Əliyev Füzuli, Şuşa uğurunda gedən qanlı savaşda ön cəbhədə iştirak edib, başından xəsarət almasına baxmayaraq sona qədər döyüşməyi davam etdirib. Onu da bildirək ki, düşmən snayperindən atılan güllə qəhrəmanımızın dəbilqəsini deşib keçib, onu ölümdən dəbilqə xilas edib. Əgər başında dəbilqə olmasaydı T.Əliyevin xilas olması mümkün deyildi. Hazır o, düşmən snayperindən deşilən dəbilqəsini saxlayır.

27 oktyabrda Hadrud, Tug, Daşaltı Şuşa isdiqamətində gedən döyüşlərdə qəhrəmanlığı ilə fərqlənən T.Əliyev noyabrın 4-də Daşaltınının azad olunmasında iştirak edib, noyabrın 5-i Şuşa-Lacın yolunun baglanması tapşırıgı yerinə yetirərkən yaralanıb, lakin ayın 7-də yenidən döyüşlərə qatılıb və öz bölmələrini bacarıqla idarə etməyə başlayıb, öz cəbhə yoldaşlarının sıralarına qayıdıtdıqdan sonra Şuşa Xankəndi yolunun baglanmasında iştirak edib.

Qeyd edək ki, 1996-2000-ci illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirib, Türkiyədə komta kurmay və karargah subayı kurslarını və Azərbaycanda Ali Hərbi Akademiyanın taktiki və əməliyat kurslarını bitirən N saylı hərbi hissənin artilleriya rəisi polkovnik leytenant, peşəkar zabit Əliyev Taleh Zaman oglu hazırda müalicəsini davam etdirir.

Biz də zabitimizə, Vətən müharibəsi qazisinə, qəhrəmanımıza Allahdan şəfa diləyirik və tezliklə sağalıb öz müqəddəs işinin başına qayıtmasını diləyirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31