Sosial

Eldar Quliyev: “Pandemiya ilə mübarizədə parlamentlərin də üzərinə böyük məsuliyyət  düşüb”

3 Dekabr 2020 14:38

 Qara  Dəniz  İqtisadi  Əməkdaşlıq  Təşkilatı Parlament Məclisinin  və Baltik Assambleyasının Daimi Komitələrinin onlayn formatda birgə iclası  keçirilib.

Sinqapur modelli dərsliklərin hazırlanması təhsilimizə töhfə verəcək

3 Dekabr 2020 13:23

Sinqapur modelli dərsliklərin hazırlanmasıilə bağlı professor Rafiq Əliyev Olaylar.az-a açıqlamasında bildirib ki, PISA, TIMSS və PIRLS kimi ümumi təhsil üzrə aparılan tədqiqatların nəticəsindən yola çıxan Təhsil İnstitutu artıq ötən ildən təşəbbüsü ələ alaraq beynəlxalq standartlara cavab verən təhsil proqramları və dərsliklər hazırlamağa başlayıb. O, təhsildə nailiyyətləri ilə fərqlənən Sinqapurla əməkdaşlıq çərçivəsində hazırlanacaq “Təbiət” dərsliyinin də ictimaiyyət və təhsil icması tərəfindən müsbət qarşılanacağına əminliyini ifadə edir.

60 yaş-QƏLƏBƏ YUBİLEYİ

3 Dekabr 2020 13:20

"Qarabağın məşhur müəllimləri" - Cabbar bəy Vəlibəyov

3 Dekabr 2020 13:06

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması görkəmli maarif xadimi Cabbar bəy Vəlibəyovdur. 1893-cü ildə Ağdamın I Baharlı kəndində anadan olub. Olaylar.az bildirir ki, Cabbar bəy Vəlibəyov 1913-cü ildə təhsilini başa vurub doğma kəndinə qayıtdıqdan sonra öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olub. Dərs dediyi şagirdlərə ərəb və rus dilləri, tarix, riyaziyyat, Azərbaycan ədəbiyyatını öyrədirdi. Ehtiyacda olan yoxsulların dərsə marağını artırmaq məqsədilə onları məktəb ləvazimatı ilə təmin edən Cabbar bəy gördüyü işlər sayəsində I Baharlı kəndində yeni tipli məktəbin əsasını qoyub.

Yağış yağacaq, şimal-şərq küləyi əsəcək

3 Dekabr 2020 13:06

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az -a verdiyi məlumata görə dekabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Zəngilanda növbəti ağacəkmə tədbiri

3 Dekabr 2020 13:00

Növbəti ağacəkmə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi ərazisində keçirilib. Olaylar.az bildirir ki, meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov bildirib ki, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirliklərinin əməkdaşlarının iştirakı ilə keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla 400-ə yaxın tut ağacı əkilib.