Türkiyədə “BLACKGARDEN” adlı geyim markası yaradıldı: Azərbaycan həqiqətləri belə çatdırılacaq - FOTOLAR

"Davam" Gənclər Hərəkatının təşəbbüsü ilə Türkiyə Respublikasında "BLACKGARDEN" adlı start-up geyim markası fəaliyyət göstərməyə başlayıb. 

Olaylar.az-ın məlumatına görə, bu markanın özəlliyi ondan ibarətdir ki, istehsal olunan məhsulların üzərində Azərbaycan həqiqətləri yer alacaq. İlk istehsal olunan isti geyimlər tam təmənnasız olaraq artıq Bakıya göndərilib. 

"BLACKGARDEN" start-up markasının fəaliyyətə başlaması üçün ilkin investisiya markanın həmtəsisçiləri, Azərbaycana böyük sevgi bəsləyən, "Davam" Gənclər Hərəkatının dostları Yusuf Sivri, Ezgi Ayda, Ahmet Donan və Ahmet Alican Arslan tərəfindən qoyulub.

Yaxın günlərdə bu isti geyimlər Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin mülkü vətəndaşlarına qarşı törətdiyi hərbi cinayət və terror aktları nəticəsində Gəncə şəhəri və Bərdə, Tərtər rayonlarında evləri dağılmış soydaşlarımıza çatdırılacaq.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31