Koronavirus peyvəndi bu şəxslərə vurulmayacaq - XƏBƏRDARLIQ
12 Dekabr 2020 09:30 Sosialİngiltərədə səlahiyyətlilər güclü allergiyası olan insanların "Pfizer" və "BioNTech" tərəfindən istehsal olunan COVID-19 peyvəndindən çəkinmələri lazım olduğunu söyləyib.
Redaktor.az xəbər verir ki, bu açıqlama dünən başlayan peyvənd kampaniyası çərçivəsində iki səhiyyə işçisinin allergiya olmasından sonra verilib.
Dərman və Sağlamlıq Məhsulları Agentliyinin (MHRA) verdiyi məlumata görə, bu tövsiyə bəzi dərmanlara, qidalara və ya peyvəndlərə qarşı allergiyası olan insanlara aiddir.
Qeyd edək ki, peyvəndə reaksiya göstərən iki səhiyyə işçisinə dərhal müdaxilə edildiyi və hazırda vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31