Sosial

Onlayn müsahibə mərhələsinə start verilir

3 Dekabr 2020 11:08

Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır. Ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək.

"Virtual təhsilə dəstək" mövzusunda özəl və dövlət qurumları ilə görüş keçiriləcək

3 Dekabr 2020 10:54

Ölkədə pandemiya dövründə təhsilin əlçatanlığını təmin etmək və təlim-tədris prosesini məsafədən təşkil etmək məqsədilə cari ilin 2 aprel tarixindən etibarən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsi həyata keçirilir.