Gənclər Fondunun dəstəyi ilə "Gənc qələm sahibləri" adlı layihənin icrasına başlanıldı
11 Fevral 2014 12:34 SosialYaradıcı və istedadlı gənclərə dəstək olmaq, onları düzgün istiqamətləndirmək, təbliğinə və tanıdılmasına nail olmaq məqsədi ilə təşkil olunan layihədən 29 yaşına kimi olan gənc yazarlar faydalana biləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc qələm sahibləri" adlı layihənin icrasına başlanılıb. Antologiya hazır olduqdan sonra bütün gənc müəlliflərin, mətbuat və QHT nümayəndələrinin iştirakı ilə Bakı şəhərində geniş təqdimat mərasimi keçiriləcək. 1000 tirajla çap olunacaq olan topluda əlliyə yaxın gənc yazarın əsərinə yer verilməsi nəzərdə tutulub. Xatırladaq ki, layihənin müəllifi hər birimizin mətbuatdan və ədəbiyyatdan Qurbanəli Ömər kimi tanıdığı gənc yazar Qurbanəli Vidadi oğlu Yusibovdur.