Ermənistan bu ərazini itirir - Qərbin Paşinyandan istədiyi də budur

Ermənistanda Azərbaycan Ordusunun Zəngəzur dəhlizini açmaq üçün sözügedən əraziyə daxil olacağı haqda növbəti iddia səsləndirilib.

Olaylar bildirir ki, bu dəfə politoloq Karine Gevorqyan yerli mediaya "müşahidələrini" bölüşüb.

O iddia edib ki, İran sərhəddə 150 minlik böyük ordu cəmləşdirib:

"Lakin Tehran hərbi əməliyyat keçirməyə, Ankara və Bakının cəhdlərini dayandırmağa cəsarət etməyəcək. Vəziyyət Ermənistan üçün əlverişli deyil, İranla sərhədini itirir. Əslində Qərbin Paşinyandan istədiyi də budur". (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31