Azərbaycanla Ruanda arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib
20 Dekabr 19:53 İqtisadiyyatAzərbaycanla Ruanda arasında sosial xidmətlər, iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Olaylar İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini Juliana Muganza ilə görüşü zamanı baş tutub.
Məlumata görə, görüşdə Azərbaycanın sosial xidmətlər sahəsində uğurlu təcrübəsi, bu sahədə aparılmış islahatlar barədə məlumat verilib, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Məlumatda tərəflərin həmçinin iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdikləri qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31