Gənclər kiçik sahibkarlıq fəaliyyətinin təşkili üzrə maarifləndirilir

“Uğur” İctimai Birliyi layihəni davam etdirir

"Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi "Gənclərin kiçik sahibkarlıq fəaliyyətinin təşkili üzrə maarifləndirilməsi" layihəsini davam etdiri. Birliyin sədri Əlövsət Allahverdiyevin "OLAYLAR"a verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə üzrə növbəti tədbir Bakı Avrasiya Universitetində keçirilib. İB sədri qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd sahibkarlıq subyektində işləyən və yaxud ümumiyyətlə, işləməyən, bununla belə özünün gələcəyini biznes sahəsində qurmağı düşünən, lakin bu istiqamətdə uğurlu addım atmağa nail ola bilməyən gənclərə öz bizneslərini qurmağa köməklik göstərməkdir. Layihə çərçivəsində keçirilən tədbirlərdə biznesə maraq göstərən gənclərə kiçik sahibkarlığın müasir sirləri öyrədilir, bu sahədə lazım olan sənədlərin işlənib hazırlanmasına yardım göstərilir, eləcə də biznes planın tərib edilməsinə köməklik etmək əsas prioritet hesab olunur. Eyni zamanda layihənin həyata keçirilməsi ilə məşğulluğun artırılmasına, sahibkarlığın inkişafına və iqtisadi diversifikasiyaya dəstək veriləcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31