Komitə sədrindən nazirə təklif: "Onlara dəfn müavinəti verilsin!"
22 May 2024 11:46 SosialMilli Məclisdə bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsi təklif edilib."Olaylar" xəbər verir ki, bu təkliflə Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Komitə sədri işləməyən və ya sığorta məbləği az olan vətəndaşlara dəfn müavinətinin verilməsini təklif edib: "Bunun üçün böyük məbləğ lazım deyil. Belə ki, bu müavinətin ödənilməsi üçün 10-12 milyon manat gərəklidir. Sahil bəy, bunu nəzərdə saxlasanız, çox yaxşı olar",- deyə Komitə sədri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31