Bəzi şəxslərə dəfn müavinətləri niyə verilmir?
22 May 2024 11:42 Sosial"Maliyyə təminatı ilə əlaqədar bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətləri verilmir". "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.
"Bu məsələni Milli Məclis qaldırmışdıq. Maliyyə təminatı ilə bağlı bu müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilmir. Növbəti mərhələlərdə maliyyə təminatı ilə bağlı məsələ Maliyyə Nazirliyi ilə müzakirə olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31