Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - "Bolt"dan açıqlama
17 May 2024 12:18 SosialAzərbaycanda taksilərdə iyun ayının 1-dən minimal gedişhaqqının 4 manat 50 qəpik olacağı bildirilir.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Yayılan məlumat taksi şirkətlərində çalışan sürücülərə istinadən verilib.
Olaylar.az xəbər verir ki, şirkətin səlahiyyətli nümayəndəsi Bizim.Media-nın sorğusuna cavab olaraq məlumatın yalan olduğunu bildirib.
"Uber" taksi şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə saytımıza bildirilib ki, şirkətin baş ofisi bu məlumata şərh verməkdən imtina edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31