May ayında qarın yağması meyvəçiliyə təsirsiz ötüşməyəcək- ÖZƏL
17 May 2024 11:45 Sosial"Azərbaycanın bəzi bölgələrinə qar yağması xəbəri eşidirik. May ayında iqlimin dəyişməsi, qarın yağması meyvəçiliyə təsirsiz ötüşməyəcək". "Olaylar" xəbər verir ki, bunu ekspert Əkrəm Bəydəmirli deyib: "İqlim dəyişikliyini, təbiət hadisələrini insan övladı dəyişmək gücündə deyil. İnsan təbiətə, ətraf aləmə, ümumilikdə, insan daxil olmaqla bütün canlılara baxışlarını dəyişməlidir. Davranışını müəyyən etməlidir ki, iqlim dəyikliyinin sərt üzü ilə üzləşməsin. Bir sözlə gözlənilən və yaxud gözlənilməyən təbiət hadisələrini qəzəblə deyil, sakit qarşılmaq gərəkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31