Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA

Qarabağ Universitetinə bu il üçün əcnəbi tələbə qəbulu nəzərdə tutulmayıb.

Olaylar xəbər verir ki, bunu qurumun rəsmi saytına müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

Direktor bildirib ki, Qarabağ Universiteti kontekstində hələlik belə bir plan yoxdur.

"Əcnəbi tələbə qəbulu üçün ilk növbədə universitet özünü tanıtmalıdır. Nəzərə alsaq ki, hələ bizim universitetimiz universitetlərdən ibarət bazalarda yoxdur. Olmaması da normaldır, çünki hələ fəaliyyətə başlamayıb. Lakin növbəti illərdə, yəqin ki, əcnəbi tələbə qəbulu da aparılacaq", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31