Reklamda qadın obrazı- Şirnikləndirici fənd

Gün keçdikcə reklam əsl mahiyyətindən daha da uzaqlaşır. Əvvəllər reklam hər hansı bir malın sırf tanıtımı üçün nəzərdə tutulurdu. İndi isə reklam hər hansısa psixoloji qanunauyğunluqdan, fenomenlərdən istifadə edərək malın istehlakçıya sırınması funksiyasını icra edir. Reklamın daha çox izlənməsi üçün müxtəlif variantlara əl atırlar. Bunlardan biri də reklamda qadın obrazıdır. Araşdırmalara görə, reklamda gözəl və təhrikedici qadınlardan istifadə etmək kişilərə təsir etdiyi kimi, qadınlara da güclü təsir edir. Çünki qadınların özləri belə digər gözəl qadınlara biganə deyillər. Nəticədə də o qadınlarla əlaqəli şeyləri yadda saxlayırlar. Bu səbəbdən reklamda cazibədar qadın faktoru müştərək element hesab edilir. Başqa sözlə desək, reklamlarda qadın obrazından şirnikləndirici fənd kimi istifadə olunur. Buna görə də reklamlarda əsasən qadınlardan istifadə etməyə çalışırlar. Reklamda bu cür variantlara əl atmaq nə qədər doğrudur?

Mövzu ilə bağlı Olaylar.az-a fikirlərini bildirən sosioloq Əhməd Qəşəmoğlu qeyd edir:

"Əvvəl ondan başlayaq ki, bu reklam özü lazımdı, yoxsa lazım deyil? Əlbəttə ki, reklam lazımdır. Çünki reklam hər hansı bir malı tanıtmaq üçün, hər hansı bir mal haqqında insanlara məlumat vermək üçün yaxşı bir vasitədir və buna insanların ehtiyacı da var. Çünki biz hər birimiz ya televiziyada, küçədə,ya haradasa bir mal barəsində faydalı məlumat əldə eləyəndə bu, işimizin xeyrinə olur. Yəni bizə də kömək eliyir, amma baxar ki, o reklam sənə nə cür təqdim olunur. Əgər o reklamın kökündə mənəvi dəyərlərə zidd olmayan bir yanaşma varsa, insanlara həqiqi məlumat vermək varsa, belə reklamlar yaxşıdır. Amma o reklamların kökündə ki, yalan, möhtəkirlik var, insanlara ziyan vermək potensialı ehtimalı var, bunlar təbii ki, yolverilməzdir. Əslinə qalsa, hər bir vicdanlı insan bilir ki, adam yalan danışmaz. İkinci, adam başqasına ziyan verən bir iş görməz. Hər cəhətdən ziyan verən, istər maddi cəhətdən, o biri tərəfdən də insanın səhhətinə ziyan verən hansısa işi görmək çox böyük cinayətdir. 
İslamda fikir verin, mallara münasibətdə iki meyar var: murdar, yaxud haram. O şeylərə murdar deyirlər ki, onlardan xəstəlik keçir, o şeylərə haram deyirlər ki, orda insanın bədəninə ziyan dəyir. Əgər bu meyarı qəbul etsək, deməli, İslam nöqteyi -nəzərdən də insanların bədəninə ziyan verən içkilər ki var, gündə elan edirlər, qidalar var. Əslinə qalsa bu malların özü də haramdır və bu cür reklam verməyin özü də bəd əməlidir, haram əməlidir, günah əməlidir. Ona görə təbii ki, dediyim kimi, reklamda bunlar belə olmalıdır. 
O biri tərəfdən reklamda qadın amilindən istifadə etmək, bunun özü də baxır ki, hansı mənada? Yenə dediyim o kriteriya olaraq bu qadın əgər məlumatın təqdimatında müsbət bir rol oynayırsa, bu qadınların amilinin olması bu məlumatı daha yaxşı çatdırmağa kömək edirsə, ziyansız, faydalı məlumatı daha yaxşı çatdırmağa kömək edirsə, nə olar? Bəzən qadından da, kişinin də əzəmətli fiqurundan bunun üçün istifadə etmək olar. Deyək ki, hər hansı bir geyimdə mütənasib bədən quruluşu varsa kişilərdən də istifadə etmək olar.  Amma daha çox bununla fırıldaq gəlmək, əhalini daha çox aldatmaq üçün əhalini daha çox şirnikdirmək üçün istifadə olunursa, bu da yolverilməzdir və bu möhtəkirlikdir, ziyanlı bir şeydir. Əslinə qalsa, gərək geniş mənada, lap belə Birləşmiş Millətlər Təşkilatı, başqa ümumdünya fondlarımız səviyyəsində mübarizə aparılsın. İnsan sağlamlığı ilə bağlı BMT-nin Əhali Fondu var, onlarca fond var. Hamısı bu sahədə mübarizə aparmalıdır ki, insanların, ilk növbədə səhhətinə ziyan verən istənilən reklam qadağan olunsun. O biri tərəfdən də, elə maddi cəhətdən də insanlara kələk gələn, fırıldaq gələn insanların maddi itkilərinə səbəb olan istənilən bir şey qadağan olunmalıdır. Bunlar qadağan olunmursa, bunun özü həmin o beynəlxalq təşkilatların özünün, deməli, ziyanlı fəaliyyətidir. Bunlar öz missiyalarını, təyinatlarını yerinə yetirməməlidir. Yəni nə cür ola bilər ki, böyük bir beynəlxalq təşkilat görür ki, bu qədər insanlara ziyanlı bir şey satılır. Hamı   deyir ki, bax, filan-filan qidalar var. Bunlar birbaşa insanda xərçəng xəstəliyi yaradır, başqa xəstəlik yaradır. Bunlar deyilirsə, həkimlər də bunları əsaslandırırsa, nə cür ola bilər ki, ölkəmizin elə səhiyyə təşkilatı, qida təhlükəsizliyinə aid olan bu təşkilatlar, eyni zamanda beynəlxalq təşkilatlar, ümumiyyətlə elə bir ağıllı iş başında olan ziyalılar buna qarşı mübarizə aparmamağı özü bir möhtəkirlik, özü bir qeyri-qənaətbəxş fəaliyyətdir. Məsələn, dəfələrlə insanlara özüm əlavə məlumat verirəm. Məsəl üçün elə balıqlar var ki, onların hamısı xəstəlik mənbəyidir. Məsələn, bəzən insanlara buna belə mədəni şəkildə, hay-küy salmadan balıq satanlara da, alanlara da deyirəm və yaxud ayrı bir hadisə olur. Mən küçədə gənclər olsun, yaşlılar olsun, hörmətlə, nəzakətlə saxlayıb onları izah edirəm, ya satıcılara. Yəni bunun üçün fərd də bir iş görə bilər. Təşkilatlar da bir iş görə bilər və uyğun qurumlar, beynəlxalq təşkilatlar da buna borcludur. Eləmirlərsə, deməli özləri riyakarlıq edirlər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31