"Qızılbulaq" qızıl yatağında ekoloji monitorinqlər keçirilib
9 Mart 2024 10:42 SosialAğdərə rayonu ərazisində "Qızılbulaq" qızıl-mis-kolçedan yatağında formalaşan təhlükəli tullantıların ətraf mühitə təsirlərinin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinqlər keçirilib.
Olaylar.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında öz əksini tapıb.
Məlumata əsasən, monitorinqlər zamanı yataqda ümumilikdə 24 nöqtədə kompleks monitorinqlər keçirilib, 40 ədəd su, torpaq və dib çöküntüsü nümunələri götürülüb, o cümlədən, atmosfer havasının keyfiyyəti (azot oksidləri, hidrogen sulfid, hidrogen sianid və.s) və radiasiya şəraitinin müəyyən edilməsi üçün ölçmə işləri aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31