“Quska” haqda yeni cinayət işi açıldı - Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.

Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib.

Qeyd edək ki, H.Abdullayev bundan əvvəl 6 il azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31