Qənirə xanım Paşayevanın doğum günüdür

Bu gün
Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin üzvü, 
Mədəniyyət Komitəsinin sədri (mart 2000 - sentyabr 2023), 
Asiya Parlament Assambleyasının sədr müavini (yanvar 2023 - sentyabr 2023) 
ünlü telejurnalist, yazıçı-publisist, ictimai xadim 
Prof.Dr. Qənirə xanım Paşayevanın (07.03.1975, Düz Qırıqlı, Tovuz - 28.09.2023, Bakı) doğum günüdür. 

Qənirə xanımın "Qarabağ hekayələri" (ortaq; 5 dildə), "Xocalı soyqırımı: Şahidlərin dilindən" (ortaq; iki dildə), "Dünyanın itirdiyi böyük insan - ATATÜRK", "Dünyanı dəyişdirən alimlər", "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar" (3 cilddə), "Onun sevgi məktubları", "Aşk başka", "O", "Məndən sonra", "Sevgidən eşqə", "Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi...", "Quzey Kıbrıs və Kıbrıs türkləri", "Qənirə Paşayeva ilə addım-addım Qaqauziya", "Addım-addım Özbəkistan", "Qardaşım QAZAXISTAN", "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası", "Addım-addım Yaponiya", "Addım-addım Albaniya", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" (ortaq), "Qarabağdan doğan Günəş - Xurşudbanu Natavan" (ortaq), "Bir Vatandan bir Vatana - Almas Yıldırım" (ortaq), "Ağ filin uğur gətirdiyi ölkə - Tailand", "Sirlər dünyasına səyahət - Misir", "Tovuz şəhidləri (44 günlük Vətən müharibəsi)", "Tarixə adını yazan Azərbaycan qadınları" və b. kitabları gün üzü görüb; o, həmçinin onlarla kitabın önsöz yazarı, redaktoru, məsləhətçisi, rəyçisi olub. 

Qənirə Paşayevanın "filmoqrafiya"sı da zəngindir: "Apreldən əvvəl may..." (2001), "Erməni soyqırımı. Türkün sözü" (2001), "Mənə inanın!" (2007), "Ruhum qarabağlıdır" (2012) və b. filmlər onun ssenarisi, rejissorluğu əsasında çəkilib.

Qənirə xanım Paşayevanın şəhid ailələrinə, qazilərə, yaradıcı insanlara, ona müraciət edən vətəndaşlara yüksək diqqət-qayğısı, həssasiyyəti xüsusi bir örnək təşkil edir. 

Əziz Qənirə xanımı doğumunun 49-cu ildönümündə sevgi-sayğı ilə anırıq. 
Ruhu şad olsun!

Azərbaycan Respublikası 
Milli Məclisinin Mədəniyyət Komitəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31