Restoranlarda iftar menyusu - QİYMƏTLƏR AÇIQLANDI

11 ayın sultanı Ramazan ayının başlamasına sayılı günlər qalıb. Paytaxtda əksər restoranlar Ramazan ayı ilə bağlı xüsusi hazırlıqlara başlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Sfera.az-a restoran administratoru Səbuhi Məmmədov məlumat verib.

"Bəzi restoranlar oruc tutanlar üçün iftar menyuları da hazırlayıblar. Qiymətlər isə menyuda yemək çeşidlərinə görə dəyişir. Şəhər restoranlarında iftar menyularının minimum qiyməti 7-10 manatdan başlayır. Restoranlarda bahalı iftar menyularl isə 20 manatdan başlayır. İftar etmək istəyənlər əvvəlcədən rezerv etməlidirlər. Ramazan ayı boyunca qiymətlərdə böyük dəyişikliyin olmayacağı bildirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31