AHİK tərəfindən həmkarlar ittifaqı üzvlərinə 600 000 manat maddi yardım göstərilib
20 Dekabr 2023 15:58 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
2018-2023-cü illərdə işçilərin əmək hüquqlarının pozulması ilə bağlı həmkarlar ittifaqının hüquq müfəttişləri tərəfindən məhkəmələrə 79 iddia ərizəsi ilə müraciət edilib. "Olaylar" xəbər verir ki, bu AHİK-in İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı yaydığı Bəyanatda əksini tapıb: "Onlardan 63 iddia tələbi işə bərpa ilə əlaqədar olub, tələblərin hamısı məhkəmələr tərəfindən təmin edilib. Bu müddət ərzində AHİK-ə və üzv təşkilatlara daxil olan 739 480 ərizə-şikayət araşdırılaraq müvafiq tədbirlər görülüb. Üzv təşkilatlara daxil olmuş ərizələrin 99,5 %-i müsbət həllini tapıb. Bu dövrdə AHİK tərəfindən həmkarlar ittifaqı üzvlərinə 600 000 manat maddi yardım göstərilib. Həmçinin 20 Yanvar şəhidlərinin ailələrinə bu dövrdə 141 600 manat yardım verilib. Hər il təqribən 120-dən çox sahə sazişi, 11 500-dən çox kollektiv müqavilə bağlanılır".