ƏƏSMN ilə BƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Ölkəmizdə əmək və sosial müdafiə sisteminin müasir, səmərəli və şəffaf iş üsulları üzərində qurulması istiqamətində Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. "Olaylar" xəbər verir ki, bu barədə Nazirlikdə Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Özge Berber-Agtaş ilə görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BƏT-lə əməkdaşlıq çərçivəsində icra olunan layihələr barədə məlumat verib. Görüşdə BƏT-in "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" 111 nömrəli Konvensiyasının müddəalarının ölkəmizdə tətbiqi ilə bağlı məsələlər, həmçinin gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31