Bu gün sosial şəbəkə istifadəçiləri də informasiya ötürür - Ramil Cabbarov

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Bu gün təkcə xəbər saytları deyil, həm də sosial şəbəkə istifadəçiləri informasiya ötürür.

Olaylar.az xəbər verir ki, bu barədə Gənclər və idman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov Bakıda keçirilən "Media savadlılığı" konfransı çərçivəsində panel müzakirəsində deyib.

"İstifadəçiləri də jurnalistlər adlandırmaq olar, çünki onlar da məzmun yaradırlar. Digər sözlə, onlar da jurnalist və ekspertlər olaraq gündəmdə materiallar dərc edirlər. Bu kontekstdə xüsusən gənclər üçün qeyd etmək istəyirəm: dostlar, siz bu sahədə mütəxəssis deyilsinizsə, bu mövzuda yazmasanız yaxşı olar. Misal üçün, sizin istiqamətiniz beynəlxalq iqtisadi münasibətlərdirsə və müvafiq post görürsünüzsə, keyfiyyətli məqalə yaza bilərsiniz. Sahəniz siyasətlə bağlı deyils, siyasi postlara rəy bildirmək məcburiyyətində deyilsiniz", - deyə o vurğulayıb.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi (MEDIA) tərəfindən təşkil olunan "Media savadlılığı" həftəsi çərçivəsində Bakıda Azərbaycan gənclərinin 500 nümayəndəsinin iştirakı ilə "Media savadlılığı" konfransı işinə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31