AHİK Qurultayı keçirilib, Səttar Möhbalıyev yenidən sədr seçilib - YENİLƏNİB
20 Dekabr 2023 10:34 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayı başa çatıb.
Olaylar.az xəbər verir ki, qurultaydan öncə AHİK rəhbərliyi və üzv təşkilatların sədrləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.
Sonra Bakı Konqres Mərkəzində AHİK-in növbədənkənar VI qurultayı başlayıb.
AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və qurultayı açıq elan edib.
Sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Reqlamentə uyğun olaraq, Qurultayın Mandat, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.
Qurultayın gündəliyinə "İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi", "AHİK-in Bəyanatı haqqında", "AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti", "Təftiş komissiyasının hesabatı" və "AHİK sədrinin seçilməsi" barədə məsələlər daxil edilib. Mandat komissiyasının məruzəsi dinlənildikdən sonra gündəliyə salınan birinci məsələ - "İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi" ilə bağlı AHİK sədri Səttar Möhbalıyev çıxış edib.
O, həmkarlar ittifaqlarının ötən 20 ildə qazandığı nailiyyətlərdə və inkişafında Prezident İlham Əliyevin böyük dəstəyini qeyd edib: "Azərbaycanın hərtərəfli inkişafı həm də həmkarlar ittifaqlarının tərəqqisi deməkdir. Bütün bu xidmətlərə görə, Prezident İlham Əliyev hər bir ittifaq üzvünün dərin hörmətini və sevgisini qazanıb. Odur ki, Konfederasiyada birləşən 1,5 milyon həmkarlar ittifaqı üzvü Prezident seçkilərində Vətənimizin bütövlüyünü təmin edən, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini yekdilliklə dəstəkləyir və seçkilərdə ona səs verəcəklərini bəyan edirlər. Biz xalqımızın parlaq gələcəyini, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamını İlham Əliyev cənablarının ölkəmizə rəhbərliyində görürük".
AHİK-ə üzv təşkilatların sədrləri də çıxışlarında İlham Əliyevin ölkəyə müdrik rəhbərliyini qeyd edib və namizədliyinin dəstəklənməsinin zəruriliyini bildiriblər.
Daha sonra İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul olunub.
Eyni zamanda Səttar Möhbalıyev yenidən AHİK-in sədri seçilib.
***
10:34
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI Qurultayı keçirilib. Qurultaydan öncə AHİK rəhbərliyi və üzv təşkilatların sədrləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Olaylar.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.
Sonra Bakı Konqres Mərkəzində AHİK-in növbədənkənar VI Qurultayı başlayıb.
AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və Qurultayı açıq elan edib.
Sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Reqlamentə uyğun olaraq, Qurultayın Mandat, Redaksiya və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.
Qurultayın gündəliyinə "İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi", "AHİK-in Bəyanatı haqqında", "AHİK-in 2018-2023-cü illər üzrə fəaliyyəti", "Təftiş komissiyasının hesabatı" və "AHİK sədrinin seçilməsi" barədə məsələlər daxil edilib.
Mandat komissiyasının məruzəsi dinlənildikdən sonra gündəliyə salınan birinci məsələ - "İlham Heydər oğlu Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi" ilə bağlı AHİK sədri Səttar Möhbalıyev çıxış edib.
Bildirib ki, həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifə işçilərin sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsi və onların maraqlarının qorunmasıdır. Və bu işlərin səmərəli həyata keçirilməsi ölkədəki stabilliklə, hakimiyyətdə demokratik və peşəkar qüvvələrin təmsil olunması ilə sıx bağlıdır: "Konfederasiya yarandığı vaxtlar hakimiyyətdəki qüvvələrin bizə hansı təzyiqlər göstərdiyi, hansı qeyri-qanuni addımlar atıldığı çoxumuza məlumdur. Bütün bunlara Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsi ilə son qoyuldu. Digər təsisatlar kimi, həmkarlar ittifaqlarının hüquqları beynəlxalq normalara uyğun bərpa olundu, sosial tərəfdaşlıq institutları formalaşmağa başladı. Bu siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Odur ki, 2003-cü ildən başlayaraq bütün Prezident seçkilərində həmkarlar ittifaqlarının vahid namizədi İlham Əliyev cənabları olub".
"Əminəm ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində həmişə olduğu kimi, demokratiya zəfər çalacaq, çünki Azərbaycan cəmiyyəti sivil və kamildir, vətəndaşlarımız yüksək siyasi mədəniyyətə sahibdirlər. Xalqımız sarsılmaz birliyini, həmrəyliyini qoruyaraq tərəqqiyə, inkişafa səs verəcək, hakimiyyəti sınanmış və etibarlı əllərdə saxlayacaq", - deyən Səttar Möhbalıyev son 20 ildə ölkəmizin iqtisadi uğurlarından danışıb və statistik rəqəmləri səsləndirib: "Ölkə iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulub. Yoxsulluğun səviyyəsi 5,5 faizə enib. Dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya isə 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfə artaraq 6 milyard manata çatıb, ünvanlı sosial yardımın orta məbləği isə 11 dəfə artıb".
Onun sözlərinə görə, Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı: "O, əsl sərkərdə kimi Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Hazırda müqəddəs Bayrağımız əzəli və əbədi torpaqlarımızda - qeyrət qalamız Şuşada, namus tacımız Xocalıda, Hadrutda, Xankəndidə, Ağdərədə əzəmətlə dalğalanır. Hazırda Şərqi Zəngəzurda və Qarabağda aparılan tikinti-quruculuq işləri uğurla davam etdirilir. Həm yurd yerlərimiz yenidən qurulur, həm də keçmiş məcburi köçkünlər, demək olar, hər gün doğma el-obalarına qayıdırlar".
Səttar Möhbalıyev fikrinin davam etdirərək həmkarlar ittifaqlarının ötən 20 ildə qazandığı nailiyyətlərdə və inkişafında Prezident İlham Əliyevin böyük dəstəyini qeyd edib: "Azərbaycanın hərtərəfli inkişafı həm də həmkarlar ittifaqlarının tərəqqisi deməkdir. Bütün bu xidmətlərə görə, Prezident İlham Əliyev hər bir ittifaq üzvünün dərin hörmətini və sevgisini qazanıb. Odur ki, Konfederasiyada birləşən 1,5 milyon həmkarlar ittifaqı üzvü Prezident seçkilərində Vətənimizin bütövlüyünü təmin edən, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini yekdilliklə dəstəkləyir və seçkilərdə ona səs verəcəklərini bəyan edirlər. Biz xalqımızın parlaq gələcəyini, Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurlu davamını İlham Əliyev cənablarının ölkəmizə rəhbərliyində görürük".
Sonra çıxış edən AHİK-ə üzv təşkilatların sədrləri İlham Əliyev cənablarının ölkəmizə müdrik rəhbərliyini qeyd edib və namizədliyinin dəstəklənməsinin zəruriliyini bildiriblər.