Qızılca xəstəliyi barədə maarifləndirici təlimlər keçirilib - FOTO
19 Dekabr 2023 19:20 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Olaylar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün qızılca xəstəliyi barəsində maarifləndirici təlimlər keçirilib. Dövlət Gömrük Komitəsi Sanitar-Karantin Xidmətinin regionlar üzrə baş müfəttişləri və həkim-epidemioloqu tərəfindən keçirilən təlimlərdə ixtisaslaşmış və ərazi gömrük idarələrinin, gömrük-sərhəd keçid məntəqələrinin əməkdaşları iştirak edib.
Gömrük əməkdaşlarına qızılca xəstəliyi, əlamətləri, yoluxmadan qorunmaq qaydaları ətraflı izah edilib, eləcə də xəstəliklə mübarizədə peyvəndlənmənin əhəmiyyətindən bəhs olunub. Həmçinin, təlimlərin keçirildiyi strukturların inzibati binalarında və iş otaqlarında zəruri dezinfeksiya tədbirləri həyata keçirilib.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31