1960-cı illərdə Ağstafada su anbarının inşası: AzTV-nin arxivindən nadir görüntülər – VİDEO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycan-Ermənistan sərhədində yerləşən Ağstafa su anbarının inşa edilməsi prosesinin görüntüləri yenidən nümayiş olunub.

Olaylar.az xəbər verir ki, "Qızıl Fond"da saxlanılan sujet AzTV-nin "Telesəhər" musiqi-informasiya proqramında yayımlanıb.

Ağstafa su anbarı 1960-cu illərdə hidrotexniki qurğularla birlikdə Ağstafa çayı üzərində inşa edilib.

Regionun ən böyük hidrotexniki qurğusu olan bu su anbarı Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının əkinəyararlı ərazilərinin suvarılmasına xidmət edir.

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

https://www.youtube.com/watch?v=yUMqUgG9eqU

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31