Çox yaşayın, Akif müəllim

Dekabrın 19-u BDU-nun jurnalistika fakültəsinin  dayaq sütunlarından olan, tələbələrin sevimlisi Akif müəllimin 84 yaşı tamam olur.
Sözün düzünü desəm, Akif müəllim yaşına meydan oxuyanlardandır.)
Bizlər böyüyümüz və ağsaqqalımız olaraq Akif müəllim, eyni zamanda isə onun simasında fakültəmizin dayaq sütunları-ustadlarımıza arxalanır, daim onların arxasınca addımlayırıq. İstəyirik ki, onların getdiyi elm yolunun yolçuları artsın, çoxalsın.
Hörmətli Akif müəllimimizə bu yolda uğurlar, həyatında xoş günlər diləyirəm. Arzu edirəm ki, Akif müəllim uzun ömür yaşasın, hər zaman indiki gənclik enerjisi ilə işləsin, yaratsın. İllərin yorğunluğu, həyatın qırğınlığı ondan uzaq olsun. Hər zaman üzü də, qəlbi də gülsün.Bunu  öz feysbuk  hesabında Həcər Əmiraslanlı paylaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31