Elm və Təhsil Nazirliyindən YENİ TƏYİNATLAR
19 Dekabr 2023 14:46 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Bu barədə Olaylar.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Şəki - Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası isə regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.
Qeyd edək ki, bundan öncə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin edilib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31