Polis gücləndirilmiş iş rejiminə keçib
19 Dekabr 2023 10:15 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Polis əməkdaşları bir sıra bölgələrdə gücləndirilmiş rejimdə çalışırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Olaylar.az-a bildirilib ki, polis əməkdaşları hava şəraiti ilə əlaqədar respublikamızın bir sıra bölgələrində gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparırlar.
"102" - Zəng Mərkəzinə daxil olan 38 çağırış üzrə dağ və meşə yollarında vətəndaşlara kömək göstərilib, onların gedəcəkləri ünvanlara çatdırılması təmin edilib.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31