Azərbaycanda qızılca ilə vəziyyət necədir? - AÇIQLAMA
18 Dekabr 2023 21:34 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Qızılca ilə bağlı ölkə səviyyəsində səhiyyə müəssisələri tərəfindən tədbirlər keçirilir".
Olaylar.az xəbər verir ki, bunu mətbuata açıqlamasında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, xəstə sayı ilə bağlı vəziyyət stabildir:
"Gərginliyə səbəb olacaq hal müşahidə edilmir. Səhiyyə Nazirliyi tərəfindən ölkədə vaksinasiya ilə bağlı ciddi tədbirlər atılır. Eyni zamanda, TƏBİB-in tabeliyində olanda müəssisələrdə vaksinasiya qızılca üçün də həyata keçirilir. İlin sonuna doğru nazirlik tərəfindən daha üst yaş kateqriyalarına istifadə oluna biləcək vaksinlərin ölkəyə gətirilməsi nəzərdə tutulub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31