Gəncə Gömrük İdarəsinin əməkdaşları valideyin himayəsindən məhrum olmuş uşaqları ziyarət ediblər - FOTO
18 Dekabr 2023 18:29 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü vəYeni il bayramı münasibətilə Gəncə Gömrük İdarəsinin əməkdaşları "Gəncə uşaq evi"ndə valideyin himayəsindən məhrum olmuş uşaqları ziyarət ediblər.
Olaylar.az xəbər verir ki, tədbir cəmiyyətin həssas qrupuna aid, valideyin himayəsindən məhrum olmuş uşaqlara diqqət, mənəvi qayğı göstərmək məqsədilə keçirilib.
65 uşağın təlim-tərbiyə aldığı müəssisədə Gəncə Gömrük İdarəsi tərəfindən bayram süfrəsi açılıb, yeni il personajlarının iştirakı ilə əyləncəli tədbir keçirilib.
Tədbir çərçivəsində uşaqların hazırladığı səhnəciklər, şeir və rəqs nümunələri də nümayiş etdirilib.
Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.







Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31