Gələn il Bakıda avtobusların elektrobuslarla əvəz olunması planlaşdırılıb
18 Dekabr 2023 14:36 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Gələn il Bakıda avtobusların elektrobuslarla əvəz olunması layihəsi planlaşdırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.
"Bildiyiniz kimi, gələn il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP-29) konfrasına ev sahibliyi sahiblik edəcək. Gələn ildən Bakı küçələrində daha çox yeni elektrobuslar görəcəyik", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31