ADY: "Qatarların sürət həddi bərpa olunub"
18 Dekabr 2023 14:28 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub.
Bu barədə Olaylar.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, sərnişinlərdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31