Yollarda "elektron tərəzi"lərin sayının artırılması planlaşdırılır
18 Dekabr 2023 14:11 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycanın avtomobil yollarında "elektron tərəzi"lərin sayının artırılması planlaşdırılır
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.
"Elektron tərəzilərin quraşdırılması nəticəsində bütün yollara nəzarət etmək mümkün olacaq. Avtomagistrallarda tərəzilərin quraşdırılması yeni layihədir. Onlara əsasən keçən yük avtomobillərinin çəkisini müəyyən etmək olar. Üç nöqtədə artıq işlər başa çatıb. Gələn il avtomobil yollarında 31 nöqtədə 51 ədəd bu cür tərəzinin quraşdırılması planlaşdırılır", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31