Bakı metrosunda qatarlar arasında interval azaldılacaq
18 Dekabr 2023 13:06 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakı metrosunda qatarlar arasında intervalın azaldılması üzrə tədbirlər görüləcək.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.
"Metrodan istifadənin daha da genişləndiriləcəyi gözlənilir. Dövlət metroya böyük diqqət ayırır. Məhz bu diqqət nəticəsində yeni vaqonlar satın alınır və alınacaq", - deyə o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31