Sosial yardım alanların NƏZƏRİNƏ - Pullar daha tez ödəniləcək: Tarix AÇIQLANDI
18 Dekabr 2023 11:36 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ünvanlı sosial yardım dekabr ayı üçün hər zamankından daha tez ödəniləcək.
Olaylar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, dekabr ayının sosial yardımları bayramla əlaqədar olaraq hər zamankından daha tez - dekabrın 22-nə kimi ödənilib yekunalaşacaq.
Qeyd edək ki, ünvanlı sosial yardım adətən ayın sonlarında - 25-indən sonra ödənilməyə başlanılırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31