“TikTok”er Ləman narkotikə görə həbs edilib?

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"TikTok"er Ləman Vəliyeva azadlığa buraxılıb.

Olaylar.az sfera.az-a istinadən bildirir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388 (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması) və 206 (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddələri ilə protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə Ləman Vəliyeva 1 000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, L.Vəliyeva sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31