“Həkimlər heç nəyə söz vermirlər” - Bloger dostundan AÇIQLAMA
16 Dekabr 2023 21:33 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İnfluenser Asya Aslanovanın vəziyyəti ağır olaraq qalır.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə OLAY-a onun dostu, bloger Banu Allahverdi (Banuall) məlumat verib. O bildirib ki, Asya gecədən bəri reanimasiyadadır:
"Hələ ki, vəziyyəti ağırdır. Reanimasiyadadır. Dünən dişini çəkdirməyə gedib. Gecədən xəstəxanadadır. Həkimlər heç nə demirlər, heç nəyə söz vermirlər. Çünki infeksiya keçib, onun bədənindən sovrulmağı var. 48 saat sonra bəlli olacaq. Heç bir şey bilinmir. Hələ məsələ araşdırılır. Ona görə indidən heç kimin haqqına girə bilmərik. Analiz götürülüb, bilinəcək. İndidən həkimin adına da nəsə deməyək. Yenə də ehtimallar var. Çünki dişdə iltihab varsa, ona müdaxilə etmirlər, birinci aradan qaldırılır sonra. Yenə də bunlar araşdırılır, ondan sonra bəlli olacaq".