“Vahid ədliyyə portalı”nın təqdimatı keçirilib
15 Dekabr 2023 13:37 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ölkə başçısının rəqəmsal cəmiyyətin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Bunun nəticəsi oaraq ədliyyə sahəsində xidmətlərə və informasiyaya əlçatanlığı asanlaşdıran "Vahid ədliyyə portalı"nın təqdimatı keçirilib. "Olaylar" xəbər verir ki, təqdimat zamanı qeyd edilib ki, portal vasitəsilə vətəndaşlar fərdi kabinetə sahib olmaqla vahid mənbədə elektron ədliyyə xidmətlərindən bəhrələnə, ona aid məlumat və rəsmi sənədlərlə tanış ola biləcəklər. Portal həm də ictimaiyyət üçün açıq olan nazirliyin rəsmi internet saytını özündə ehtiva edir və ədliyyə sahəsində kommunikasiyanın səmərəli və operativ həyata keçirilməsi imkanı yaradır.
Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən nazirlik tərəfindən Dünya Bankının iştirakı ilə yaradılan "Elektron məhkəmə" sisteminin tərkib hissəsi olan məhkəmələrin vahid internet portalının yeni versiyası nümayiş etdirilib.