Əlilliyi olan uşaqlar üçün daha yüksək əlavələr ödənilsin- Təklif

"Ailədə əlilliyi olan uşaqlar üçün daha yüksək əlavələr ödənilsin". "Olaylar" xəbər verir ki, bu təkliflə millət vəkili Vüqar Bayramov çıxış edib. Deputat bildirib ki,  ailədə əlilliy olan uşaq varsa və ailə başçısına işsizlikdən sığorta təyin edilirsə o zaman əlavə 5 faiz deyil, 10 faiz hesablanması daha məqsədəuyğun olardı: "Bu imkan verər ki, bu ailələrə ödənilən sığorta məbləği daha yüksək olsun. Bu həmin ailələrin sosial təminatının daha da gücləndirilməsi baxımdan vacibdir".

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "İşsizlikdən sığorta haqqında" qanuna ediləcək dəyişikliklər müzakirə edilib. Təklif olunan dəyişikliklərə əsasən, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək. Hər uşaq üçün əlavə 5 faiz ödənilir. İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır. Yeni dəyişliklər ilə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31