Xankəndidə keçiriləcək oyuna görə metro səhər 4-dən açılacaq

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Dekabrın 21-də "Bakı metropoliteni"nin stansiyaları saat 04:00-da açılacaq.

Olaylar.az xəbər verir ki, bu barədə metropoliten məlumat yayıb.

Bildirilib ki, "Bakı metropoliteni" futbol üzrə 2023/2024-cü illər mövsümünün Azərbaycan Kuboku yarışı çərçivəsində Ağdamın "Qarabağ" və Bakının MOİK klubları arasında keçiriləcək oyunu arenadan canlı izləmək üçün Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağını nəzərə alaraq, dekabrın 21-də iş rejimində dəyişiklik edəcək:

"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, "Bakı metropoliteni"nin bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq.

Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək. "Bakı metropoliteni"nin həmin gün üçün fəaliyyəti, o cümlədən, qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31