Azərbaycan müəllimlərinin XVI qurultayı başladı
15 Dekabr 2023 10:20 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir.
Olaylar.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının rəsmiləri, nazirlər, nazir müavinləri, deputatlar, qonaqlar, yüzlərlə müəllim iştirak edir.
Qurultayın ilk günü "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili", "İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış", "Azərbaycan dili yeni çağırışlar müstəvisində", "Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası", "Ümumi təhsilin məzmununa müasir yanaşmalar", "Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar", "Peşə təhsili və gələcək üçün bacarıqlar", "Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri", "Elm və ali təhsilin inteqrasiyası", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil", "Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi" mövzularında panel sessiyaları keçiriləcək.
Qurultay iki gün davam edəcək.