“WhatsApp”a mesajların bərkidilməsi funksiyası əlavə edildi
13 Dekabr 2023 13:52 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"WhatsApp"a mesajların bərkidilməsi funksiyası əlavə edilib.
Olaylar.az-ın məlumatına görə, funksiyanın işə düşməsi ilə istədiyiniz mesajı söhbətin yuxarı hissəsinə yapışdırıb daha sonra asanlıqla görə bilərsiniz.
Saxlamaq istədiyiniz mesaj üçün 24 saat, 7 gün və 30 gün müddət seçimləri var. Müddət bitdikdə mesaj artıq söhbətin yuxarı hissəsində göstərilməyəcək.
"WhatsApp"a mesaj bərkidilməsi funksiyasını necə aktiv etmək olar?
1. Əvvəlcə söhbətə daxil olun.
2. Saxlamaq istədiyiniz mesajı sıxıb saxlayın.
3. Sadalanan seçimlərdən "Mesajı Saxla" düyməsini sıxın.
4. İstədiyiniz müddəti seçərək mesajı bərkidə bilərsiniz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31