Sahil Babayev Şamaxı rayonunda vətəndaşları qəbul edəcək
13 Dekabr 2023 12:12 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dekabrın 22-də Şamaxı rayonunda həmin rayonun və İsmayıllı rayonunun sakinlərini qəbul edəcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 13 - 15 dekabr tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31